Filmdə hadisələr 2004-cü ildə Amerika Birləşmiş Ştatlarında cərəyan edir. Seçkiqabağı kampaniya var gücü ilə davam edir. Hovard Din Ağ Ev rəhbəri olmağa ən iddialı namizədlərdən olan siyasətçinin seçki aparatının rəhbəridir. Təvazökar, istiqanlı, savadlı bir gəncdir, işini qüsursuz görür və peşəsini şəxsi həyatından üstün tutur. Hər bir siyasi namizəd onu öz “seçki komandasında” görmək istəyir. O yaxşı komandada çalışsa da, ona “ən yaxşı” komandada işləməyi təklif edirlər. İki daş arasında qalan Hovard rəqib namizədin prezident seçilmə şanslarının yüksək olduğunu bilir. Belə olan halda, o gələcəkdə Ağ Ev mətbuat katibi və ya digər ali vəzifə tuta bilər. Gəl ki, razılaşacağı halda bu, xəyanətə bərabər olacaq və onun tərcümeyi-halında silinməz bir “qara ləkəyə” çevriləcək. Görəsən Hovard kimin tərəfini seçəcək?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar
Tvseans, dublyaja görə təşəkkür edirəm. Bir ciddi xətaya yol vermisiniz. 1:13:21-də dublyaj edən aktyorun, dəqiq desəm, Emin bəyin rehissora dediyi sözlər eşidilir:
"Oranı düzəldərsən, elə bil ki, çoxdan başlamışdı. Hə, ekranda o dedi ki, o, ölüb."
İnanıram ki, bundan sonra filmləri yükləyəndə daha ciddi baxışdan keçirər, daha diqqətli olarsınız. Təşəkkürlər.
"Oranı düzəldərsən, elə bil ki, çoxdan başlamışdı. Hə, ekranda o dedi ki, o, ölüb."
İnanıram ki, bundan sonra filmləri yükləyəndə daha ciddi baxışdan keçirər, daha diqqətli olarsınız. Təşəkkürlər.