Corc Kluni

Corc Kluni

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Corc Kluni 6 may 1961-ci ildə Leksinqtonda (Kentukki ştatı, ABŞ) anadan olub. Uşaqlıqdan Corc Kluni yaradıcı ailədə böyüyür. Anası gözəllik kraliçası, atası jurnalist idi, televiziyada çalışır və "Nik Kluninin şousu" proqramını aparırdı. Buna görə də Corc artıq beş yaşında teleekrana çıxır, reklam çarxlarında çəkilir. Aktyor əvvəllər beysbolla məşğul olub. Ancaq o bu sahədə uğur əldə edə bilmir və tezliklə idmanı tərk edir. Şimali Ketukki Universitetinə daxil olan Corc oxumaq əvəzinə ən çox dostları ilə vaxt keçirir və elə buna görə də üç il birinci kursda qalır. Lakin burada da sona qədər qərar tutmur. Əmisioğlu onu filmdə çəkilməyə dəvət edir, o da razılaşır. Ancaq film ekranlara çıxmır. Corc Kluni bu dəvətdən sonra şou-biznesdə qalmağa və Hollivudda aktyorluq fəaliyyətinə başlamağa qəti qərar verir. Bir müddət ayaqqabı, siqaret satmaqla məşğul olduqdan sonra o, yığdığı pullarla Los-Ancelesə gedir. Bir neçə serial və film çəkilişlərində rol alır. Aktyorun ən uğurlu işi "Təcili yardım maşını" serialı ilə baş tutur. Bu çəkilişdən sonra aktyora bir-birinin ardınca, ardı-arası kəsilməyən təkliflər gəlir. 1996-ci ildə "Qürubdan gündoğana qədər", "Bir gözəl gün" filmləri çəkilir. 1997-ci ildə o, uşaqların sevimli qəhrəmanı Betmeni canlandıran dördseriyalı filmə çəkilir. Bundan sonra "Nəzərdən uzaq", "Nazik, qırmızı xətt" və başqa filmlərdə unudulmaz obrazlar yaradır. “Siriana” filmindəki işinə görə "Ən yaxşı ikinci plan aktyoru" kateqoriyası üzrə “Oskar” və “Qızıl Qlobus” mükafatına layiq görülüb. “Soyun davamçıları” dramında milyonçu Mett Kinq və “Qardaş, sən hardasan” komediyasındakı roluna görə daha iki dəfə “Qızıl Qlobus” mükafatına layiq görülür. İkinci dəfə “Oskar” mükafatını “Arqo” filminin prodüserliyinə görə qazanır. Bu filmə görə dördüncü dəfə “Qızıl Qlobus” və BAFTA mükafatlarına layiq görülür. Corc Kluni yaraşıqlı olduğundan şəxsi həyatında bir neçə qadın olub. O, uzun müddət aktrisa Kelli Prestonla görüşür. Daha sonra onun sevgililəri içərisində Codi Fosterin bacısı Didi, Deniz Krosbi, Kimberli Rassel və başqaları olub. 10 iyul 2018-ci ildə Corc Kluni Sardiniyada (İtaliya) çəkiliş meydançasına gedərkən motosikletlə idarəetməni itirərək qarşısına çıxan “Mercedes” markalı maşına çırpılıb. Aktyorun əlləri, dizi və bud-çanaq nahiyəsi ağır zədələnib. Corc Kluni 2014-cü ildə livanlı (Beyrut) vəkil Amal Alamuddinlə evlənib və cütlüyün əkiz övladı var (2017).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Corc_Kluni

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç