Qrant Heslov

Qrant Heslov

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Qrant Heslov (ing. Grant Heslov) – amerikalı aktyor, kinorejissor, prodüser və ssenaristdir. “İnandırıcı yalan”, “Gecən xeyrə və yaxşı yol”, “Əqrəblər kralı” filmlərində və “Los-Anceles qanunu” serialında canlandırdığı obrazlarla yadda qalıb. Tamaşaçılar onu həmçinin “Konqo” filmində ikinci plan rolda görə bilər. Heslov prodüser kimi ən yaxşı film kateqoriyasında, ssenarist kimi (Corc Kluni ilə birlikdə) “Ən yaxşı orijinal ssenari” nominasiyasında (Gecəniz xeyrə və uğurlar siyası dramına görə) “Oskar” mükafatına namizəd olub. 2006-cı ildə Heslov və Corc Kluni “Smoke House” adlı öz kinoşirkətlərini yaradıblar. Hal-hazırda Heslov öz biznes ortağı və dostu Corc Kluni ilə filmlərə ssenari yazır. 2009-cu ildə “Dəlisov xüsusitəyinatlı dəstə” filmi ilə böyük ekranlarda rejissor olaraq debüt edib. Filmə Corc Kluni, Yuven Makqreqor, Ceff Brics, Kevin Speysi kimi aktyorlar çəkilib. 2013-cü ildə Qrant Heslov Corc Kluni və Ben Affleklə birlikdə “Arqo əməliyyatı” siyasi trillerinə görə ən yaxşı film nominasiyasında “Oskar” mükafatı qazanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D1%81%D0%BB%D0%BE%D0%B2,_%D0%93%D1%80%D0%B0%D0%BD%D1%82

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç