Yunan əsilli amerikalı gənc Tula böyük ailəsi ilə Çikaqoda yaşayır. Mühacir həyatı yaşamasına baxmayaraq vətənini bir an belə unutmayan atası, onu layiqli yunan kişiyə ərə vermək istəyir. Ancaq sən saydığını say gör fələk nə sayır. Tula amerikalı bir cavana aşiq olur. Atasının qızının yeni sevgilisindən gözü su içmir. Onların ailə qurmasını istəməsə də, öz kinini içində boğub, qızının xoşbəxtliyi naminə güzəştə getməli olur. Onun yalnız bircə şərti var. Gələcək kürəkəni toya qədər yunan adət-ənənələrini yaxından tanımalı və öyrənməlidir....
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar