Con Korbett
Aktyor
Con Cozef Korbett (kiçik) 9 may 1961-ci ildə Qərbi Virciniya ştatının Uilinq şəhərində dünyaya göz açıb. Yeniyetməlik illərində Kaliforniyaya köçüb. Altı ilə yaxın zavodda fəhlə işləyib. Bununla belə oxumağa da vaxt tapıb. Dostu ilə birlikdə teatr sənəti üzrə hazırlığa gedib. Səhnəyə çıxdıqdan sonra özünü aktyorluqdan başqa peşə başında təsəvvür edə bilməyib. Ancaq işi ilə əlaqədar ancaq tələbə tamaşalarında iştirak edə bilib. Müəllimləri onda fitri istedad görüb, Hollivudda özünü sınamağı tövsiyə edirlər. Los-Ancelesə yollandıqdan sonra televiziyada reklam çarxlarına çəkilib. Kinoda ilk epizodik rolunu 1981-ci ildə oynayıb. Özünü yaxşı tərəfdən göstərib, “Möhtəşəm illər” serialında rol alıb. Daha sonra “Şimal tərəf” (1990-1995), “Böyük şəhərdə seks” (2001-2002), “Taranın Birləşmiş Ştatları” (2009-2011) kimi uğurlu seriallarda rol alıb. Kinematoqrafiyada böyük sıçrayışı 2001-ci ildə “Tale” romantik komediyasında oynadığı "İkinci plan kişi rolu" ilə baş tutub. Daha sonra karyerasına öz damğasını vurmuş “Mənim böyük yunan toyum” filminə çəkilib. 2009-cu ildə “Valentin gününə nifrət edirəm” romantik komediyasında baş rolu ifa edib. Con vegeteriandır. 2002-ci ildən bəri Santa-Barbarada aktrisa və fotomodel Bo Dereklə birgə yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Corbett