Andrea Martin

Andrea Martin

Aktrisa

BİOQRAFİYA

Andre Martin (ing. Andrea Martin) – amerikalı aktrisa və komikdir. 15 yanvar 1947-ci ildə Portlenddə anadan olub. Əsli ermənidir. İlk uğurunu 1970-ci illərdə Kanadada çəkilmiş “Qara Milad" adlı qorxu filmində oynadığı rolla qazanıb. Tezliklə “SCTV” televiziya skeç şousunun daimi iştirakçısı olub. Verilişdə bir sıra amerikalı məşhurları, o cümlədən Barbara Streyzand, Etel Merman, Sofi Loren, Layza Minelli, Linn Redqreyv, Salli Fild, Tereza ana, Polin Keyl, Alisa B.Toklas, İndira Qandini təqlid edib. 1992-ci ildə “Mənim ən yaxşı ilim” adlı müziklla Brodvey debütünü gerçəkləşdirib. Oynadığı rol ona “Toni” və bir sıra prestijli teatr mükafatlarını qazandırıb. Bundan başqa Volterin “Kandid və ya optimizm” əsəri əsasında quruluş verilmiş tamaşada səhnəyə çıxıb. Uzun müddət ssenarist Bob Dolmanla evli olub. Onların birgə nikahdan iki oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%82%D0%B8%D0%BD,_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç