Coeyl Svik
Rejissor, ssenarist, prodüser
Coel Svik – amerikalı rejissor, ssenarist və prodüserdir. “İdeal yadlar” (Perfect Strangers), “Ful-haus” (Full House), “Ailə məsələsi” (Family Matters) seriallarının və “Mənim Böyük Yunan Toyum” (My Big Fat Greek Wedding ) filminin rejissoru kimi məşhurdur. 11 yanvar 1942-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin Bruklin rayonunda anadan olub. Yəhudi ailəsinə boya-başa çatıb. Bar-mitsva (iudaizmdə - oğlan və ya qızın dini yetkinlik yaşına çatması ilə bağlı keçirilən mərasim) mərasimi yerli sinaqoqda keçib. 1958-ci ildə Ceymz Medison orta məktəbini bitirib. Daha sonra Bruklin kollecində ali təhsil alıb. Hal-hazırda orada kinematoqrafiya fənnindən dərs deyir. Psixoloq Doktor Kandis Sviklə evlidir. Onların üç qızı və bir oğlu var. Soyadları eyni olsa da onun məşhur rejissor Edvard Sviklə heç bir qohumluğu yoxdur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joel_Zwick