Olduqca təsirli süjeti olan ekran əsəri real hadisələrə daha dəqiq desək, baş rol ifaçılarının həyatına əsaslanır. Xoşbəxt gənc ailə, bir gün acı xəbər alır. Onların nəzir-niyazla doğulmuş Adam adlı oğullarında beyin şişi aşkarlanıb. Bu çətin sınaq valideynləri yetkinləşməyə və həyatının nə qədər ağır olduğunu anlamağa vadar edir. Ancaq oğullarının onkoloji xəstəliyi ər-arvad arasında olan ülvi məhəbbəti və qarşılıqlı hörmət hisslərini daha da gücləndirmiş olur. Faciəvi hadisə valideynlərə güc və inanılmaz fədakarlıq əta edir...Qeyd edək ki, film Fransadan "ən yaxşı xarici dilli film" nominasiyasında "Oskar" mükafatına namizəd olub.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar