Jeremi Elkaym

Jeremi Elkaym

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Jeremi Elkaym – fransız aktyor, ssenarist və rejissordur. Jeremi Elkaym 29 avqust 1978-ci ildə anadan olub. Karyerasının əvvəlində “Çarpayı səhnələri” və “Bakirlər” kimi qısametrajlı filmlərə çəkilib. Beynəlxalq şöhrəti ona rejissor Sebastyan Lifşitsin “Demək olar ki heç nə” filmində oynadığı nadinc yeniyetmə rolu gətirib. Film tənqidçilərin müsbət rəyini qazanıb. Uzun illər aktrisa Valeri Donzelli ilə evli olub. Valerini kinematoqrafiya aləminə məhz o gətirib. Sonuncunun boşandıqdan sonra belə Jeremini öz filmlərinə baş rola çəkir. Onları birlikdə məşhur edən film “Mən müharibə elan edirəm” dramı olur. Ekran əsərinin süjeti onların şəxsi həyatından götürülüb və oğulları Qabrielin onkoloji xəstəliyinin aşkarlanmasından sonra üzləşdikləri mənəvi və maddi problemlərdən bəhs edir. Filmə elə oğulları Qabrieli çəkiblər. 2011-ci ildə ekranlara çıxan dram Fransadan ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D1%8C%D0%BA%D0%B0%D0%B9%D0%BC,_%D0%96%D0%B5%D1%80%D0%B5%D0%BC%D0%B8

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç