Frederik Pyero
Aktyor
Frederik Pyero – fransız aktyordur. Daha çox “Dərdin çağırışı” serialı, “Barmaqların ucundakı sevgi” komediyası, “Şeytanlar” dramı və digər lentlərdə oynadığı rollarla tanınır. Aktyorun xidməti siyahısında 100-dən çox televiziya və kino rolu var. Frederik debütünü 1986-cı ildə “Manej” adlı qısametrajlı filmdə gerçəkləşdirib. Ardınca kiçikbüdcəli kinolayihələrdə çoxsaylı rolları olub. Çəkildiyi “Poliss” adlı kriminal dram 2011-ci ildə Kann Festivalının münsiflər heyətinin mükafatını qazanıb. Bundan başqa “Rozmarinin uşağı” mini-serialı, “Cavan və gözəl” melodramı, “Xanım prezident” mini-serialı, “Ölümsüzlər: Dünya müharibələri” və digər filmlərində yaratdığı obrazlarlar yadda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/frederic_pierrot/