Valeri Donzelli
Aktrisa, ssenarist, rejissor, prodüser
Valeri Donzelli 2 mart 1973-cü ildə Fransanın Epinal şəhərində anadan olub. Uşaqlığı Paris yaxınlığında yerləşən Kreteyada keçib. 14 yaşında olanda ailəsi ilə birlikdə Lil şəhərinə köçüb. Parisə bir daha 19 yaşında qayıdıb. Məktəbi bitirdikdən sonra sənədləri memarlıq ixtisasına verib. Ancaq ali təhsili başa vurmayıb. Universiteti tərk edərək, X bələdiyyə konservatoriyasının teatrında çıxış etməyə başlayıb. Gündəlik qazanc üçün paralel olaraq Parisin çörək zavodlarından birində işləyib. Aktyor Jeremi Elkaymla təsadüfi tanışlığı bioqrafiyasında dönüş nöqtəsi olub. Elkaymın sayəsində Donzelli kinematoqrafiya aləminə baş vurub. Donzelli tezliklə Jereminin həm iş yoldaşı həm də həyat yoldaşı olub. Karyerasının əvvəlində Valeri qısametrajlı filmlərə və azbüdcəli bədii filmlərə çəkilib. Karyerası ərzində 60-dan çox kino, televiziya və serial rolu olub. Rejissor kimi debütünü 2009-cu ildə «Səfehlər kraliçası» filmində gerçəkləşdirib. Həmin filmin ssenarisini Elkaymla birlikdə yazıb. Filmi beynəlxalq Lokarno festivalında ictimaiyyətə təqdim edib. Aşağı büdcəli olmasına rəğmən, filmə böyük ekranlarda 30 minə yaxın tamaşaçı baxıb. Dünya şöhrətini isə ona «Mən müharibə elan edirəm» dramı gətirib. Onun sayca ikinci tammetrajlı filmində (rejissor kimi) keçmiş həyat yoldaşı Jeremi Elkaymla birlikdə baş rollara çəkilib və filmin müəlliflərindən biri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%BD%D0%B7%D0%B5%D0%BB%D0%BB%D0%B8,_%D0%92%D0%B0%D0%BB%D0%B5%D1%80%D0%B8