İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Roberto artıq xeyli müddətdir ki, özünə iş tapa bilmir. Onu heç bir məşğulluq agentliyi işə götürmür. “Coca Cola”nın “Its a real thing” (Əla şeydi) şüarının məhz ona məxsus olduğu heç kimə maraqlı deyil. Ancaq bir gün qəzaya düşən və ölümün bir addımlığında olan Roberto üçün vəziyyət yaxşılığa doğru dəyişir. Piar sahəsindəki təcrübəsini işə salmaq və düşdüyü qəzanı media-hadisəsinə çevirmək qərarına gəlir. Ömrünün axırına kimi ailəsinin güzəranını təmin etmək niyyəti ilə dərhal agentə müraciət edərək qəza yerindən eksklüziv reportajları telekanallara satmağı tapşırır. Ümumiyyətlə Robertonun sağ qalma şansı varmı? Yoxsa həyatı müəyyən məbləğdə pulun güdazına gedəcək?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar