Aleks de la İqlesia
Rejissor, ssenarist, prodüser, aktyor
Aleks De la İqlesia 4 dekabr 1967-ci ildə İspaniyada anadan olub. İspaniyalı kinorejissor, aktyor, prodüser və ssenaristdir. Universiteti fəlsəfə ixtisası üzrə bitirib. Nəşriyyatda çalışıb. Kinokaryerasına Enrike Urbisunun “Hər şey pul üçün” assistenti kimi başlayıb. 1998-ci ildə rejissor kimi debüt edir — “Mama” qısametrajlı filmini çəkib. Film dünya kataklizmindən sonra zirzəmidə yaşayan ailədən bəhs edir. 2009-2011-ci illərdə İspaniya Kinematoqrafiya Sənəti və elmlər Akademiyasının müdürü olub. Rejissorluqdan savayı İqlesia amerika istehsalı olan cizgi filmlərini ispan dilində dubyaj edir. Onun səsilə “Superailə” filmindən personajların biri danışır. Demək olar ki, onun bütün filmlərinin ssenarisi Horhe Qerrikaeçevarriyaya məxsusdur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5_%D0%BB%D0%B0_%D0%98%D0%B3%D0%BB%D0%B5%D1%81%D0%B8%D0%B0,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81