Blanka Portillo
Aktrisa
Blanka Portillo 15 iyun 1963-cü ildə Madriddə (İspaniya) anadan olub. Kral ali dram sənəti məktəbində təhsil almamışdan öncə bir neçə teatr tamaşalarında aktrisa kimi çıxış edib. Kinoda 1995-ci ildə “Entre rojas” filmi ilə debüt edib. 1996-cı ildə Telecinco kanalı üçün Luis Dan Narsiso onu “Yeddi həyat” teleserialına seçir. Filmdə Karlota rolunda çəkilib. Serial 10 il davam edib. Portillo 1997-ci ildə “El color de las nubes” da roluna görə “Qoya” və “Unión de Actores Awards” mükafatına layiq görülüb. Daha çox “Elza və Fred” (2005), “Qayıdış” (2006), “Açılan əllər” (2009), “Qoyanın kabusları” (2006), "Ümid qığılcımı" (2011) və sair filmlərdəki rolları ilə tanınıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D1%80%D1%82%D0%B8%D0%BB%D1%8C%D0%BE,_%D0%91%D0%BB%D0%B0%D0%BD%D0%BA%D0%B0