2004-cü ildə Hind okeanı sahillərində baş vermiş faciəvi hadisələr uzun müddət insanların yaddaşında qalacaq. Güclü zəlzədən sonra meydana gələn sunami ən çox Tayland ərazisində böyük dağıntılara və insan itkilərinə səbəb olmuşdu. Hündürlüyü 15 metrdən 30 metrə çatan amansız dalğalar qarşısına çıxan hər şeyi yuyub-aparıb, minlərlə insanın həyatına son qoyub. Həmin hadisələr əsasında lentə alınmış filmdə, bir çox turistlər kimi yay tətilini Taylandın gözəl çimərliklərində keçirməyə qərar verən avropalı ailənin hekayəsi danışılır. Üç övladı olan cütlük çimərlikdəki istirahətin bir anda qorxulu yuxuya çevriləcəyini ağlına belə gətirə bilməzdi.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar