Xuan Antonio Bayona
Rejissor, ssenarist, prodüser, aktyor
Xuan Antonio Bayona ispaniyalı rejissor, ssenarist və prodüserdir. Ən yaxşı rejissor nominasiyasında ikiqat “Qoya” mükafatı laureatıdır (2013, 2017). Daha çox “İnternat” (2007), “Mümkünsüz” (2012), “Bədheybətin çağırışı” (2016), “Yur dövrü 2” (2018) filmlərinin rejissoru kimi beynəlxalq nüfuz qazanıb. Karyerası ərzində ümumilikdə 18 televiziya və bədii filmə rejissorluq edib, 4 filmin prodüseridir. Yaradıcılq yolu reklam çarxları və musiqi video kliplərinin rejissorluğu ilə başlayıb. 1999-cu ildə “Mənim yay tətilim” adlı qısametrajlı filmi ərsəyə gətirib, 2002-ci ildə isə başqa bir qısametrajlı filmi - “Süngər adam” təqdim olunub. 2006-cı ildə “İnternat” adlı ilk tammetrajlı filmi işıq üzü görüb. Həmin filmə yaxın dostu Gilyermo Del Toro prodüserlik edib. 2007-ci ildə İspaniya adından ən yaxşı xarici dilli film nominasiyasında həmin filmin “Oskar” mükafatına namizədliyi irəli sürülüb. 2010-cu ildə Bayona Hind okeanında baş vermiş zəlzədən sonra meydana gələn nəhəng sunami və onun acı fəsadları fonunda zərərçəkən avropalı turist ailəsinin hekayəsini danışan “Qeyri-mümkün” filmini çəkməyə başlayıb. Naomi Uotts və Yuen Makqreqorun baş rollara çəkildiyi film 2012-ci ildə ekranlara çıxıb və ona “ən yaxşı rejissor” nominasiyasında “Qoya” mükafatı qazandırır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: