Naomi Uotts

Naomi Uotts

Aktrisa, prodüser

BİOQRAFİYA

Naomi Uotts 28 sentyabr 1968-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Onun anası əntiq əşya satıcısı, atası isə məşhur rok qrupu "Pink Floyd"un səs mühəndisi idi. Naominin dörd yaşı olanda valideynləri boşanır və üç il sonra atası vəfat edir. İki övladı (Benjamin adlı qardaşı, ABŞ-da artıq məşhur fotoqrafdır, 2 yaş Uottsdan böyükdür) ilə rahatlıq axtarışında İngiltərəni səyahət edən xanım Uotts, nəhayət, doğma yurdu Avstraliyanın Sidney şəhərinə köçür. O vaxt Naominin 14 yaşı var idi. Uşaq vaxtı yerli teatrların birində aktrisalıq edən anasının sayəsində Naomidə də aktrisalığa maraq yaranmışdı. Aktyorluq məktəbini bitirdikdən sonra isə kastinqlərdə iştirak etməyə başlayır. Elə məhz bu kastinqlərin birində, sonralar ən yaxın rəfiqəsinə çevrilən Nikol Kidmanla tanış olur. Aktrisanın ilk rolu "Məhəbbət naminə" (1986) filmində olur. 18 yaşında Naomi modelliklə məşğul olmağa başlayır və Yaponiyada işləmək üçün bir təşkilat vasitəsilə işə qəbul olunur. Bir il mübarizə aparsa da anlayır ki, bu iş onluq deyil və geriyə - evə qayıdır. Sonra moda jurnalında müxbir vəzifəsində işləməyə qərar verir. Bir çox peşələr arasında qərarsız qalsa da, ürəyinin dərinliyində hiss edirdi ki, o, aktrisa olmalıdır; alnına bu yazılıb. Tezliklə Naomi "Əyləncə" (1991) filmində kiçik bir rol alır. Daha sonra isə Avstraliya mini-serialında gələcəyin daha bir ulduz aktyoru - Rassel Krou ilə tərəf müqabili olur. "Əyləncə" filminin rejissoru Con Duiqan aktrisanı özünün növbəti filmi "Geniş Sarqasso dənizi"nə (1992) dəvət edir. Bundan sonra gənc aktrisa Los-Ancelesə gedir. Naomi Uotts üçün ilk Hollivud təcrübəsi "Gecə sessiyası" (1993) filmi olur. Amma nə bu, nə də 90-cı illərin əvvəlləri çəkildiyi filmlər ("Tankçı qadın", "Qarğıdalı uşaqları-4", "Vicdanlı xanım", "Yad planet" və s.) Naomini ulduz etdi. Kino karyerasında Uotsa şöhrət gətirən film Devid Linçin "Malholland sürücüsü" (2001) filmi oldu. Bu filmə görə o, özünün ilk mükafatını qazandı. 230 milyon ABŞ dolları gəlir gətirən "Zəng" filmi isə aktrisaya ulduz möhürü vurdu. Bununla da onun yüksəliş dövrü başladı. Aktrisanın daha bir uğurlu rolu İnarritunun çəkdiyi "21 qram" (2002) filmində oldu ki, həmin rol aktrisanı "Oskar"a namizəd etdi. Aktrisa rejissorlar - Daniel Kerbi və Stiven Hoppkinslə, ssenarist Cef Sminqi və aktyor Hit Ledcerlə görüşüb. Amma onun həyat yoldaşı aktyor Liv Şrayberdir. Onların indi iki oğlu var: Aleksandr və Semüel. O, ailəsi ilə birlikdə Nyu-Yorkda yaşayır. Aktrisa bir neçə aktyor və aktrisalarla dostluq edir. Onların içində Benissio Del Toro, Nikol Kidman, Seymon Beyker də var. Nikol Kidman hələ Tom Kruzla evli olduğu vaxt, Naomi onların Stella adlı uşaqlarına dayəlik edib. Təsadüfü deyil ki, Stellanın xaç anası da elə Naomi Uottsdur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Naomi_Uotts

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç