Şairə Roksi Uolket artıq bir neçə ildir ki, rəssam Şarlem-Anri de Persanla yaşayır. Nikahın ilk illərində onlar kifayət qədər xoşbəxt cütlük olsalar da, getdikcə ailə münasibətlərində dərin çatlar meydana gəlir. İş o həddə çatır ki, Roksi və Şarlem artıq boşanmaq fikrinə düşürlər. Hamilə və təhqir olunmuş Roksiyə dəstək olmaq üçün Amerikadan Fransaya İzabel adlı bacısı gəlir. Amerika həyat-tərzinə alışmış sadəlövh İzabel, gəldiyi ölkənin davranış qaydaları və etik normalarından heç bir anlayışı yoxdur. Bacısına ailə münasibətlərini qaydasına salmaqda kömək etmək əvəzinə, evli diplomatla eşq macərası yaşayır. İzabelin yeni sevgilisi kim olsa yaxşıdı? Roksinin ərinin doğmaca əmisi...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar