Rut Praver Cabvala

Rut Praver Cabvala

Aktrisa, ssenarist

BİOQRAFİYA

Rut Praver Cabvala 7 may 1927-ci ildə Kölndə polşalı yəhudilərin ailəsində anadan olub. Atası vəkil, anası Köln sinaqoqunun baş kantorunun qızı olub. 1939-cu ildə ailə nasizmdən Böyük Britaniyaya qaçıb. Almaniyada qalmış əksər qohumları faşist konsentrasiya düşərgələrində kütləvi edam edilib. Rutun atası sonradan (1948-ci ildə) intihar edir. 1948-ci ildə Rut Britaniya vətəndaşlığı alır. 1951-ci ildə London Universitetini bitirib. Elə həmin il hindistanlı memar Sayrus Cabvalaya ərə gedir. Onun soyadını götürərək, Hindistana köçür. Cütlük 1975-ci ilə kimi Hindistanda yaşayır. Daha sonra Nyu-Yorka köçürlər. 1986-cı ildə ABŞ vətəndaşlığı alıb. 1950-ci illərdən etibarən hekayə və romanlar yazmağa başlayıb. İlk kitabı 1955-ci ildə işıq üzü görüb. 1960-cı illərdə kinorejissor Ceyms Ayvori və prodüseri İsmayıl Merçantın bədii tandemi ilə əməkdaşlığa qoşularaq, onlar üçün 20-dən çox filmin ssenarisini yazıb; bəzi ssenariləri öz romanlarının motivləri əsasında tərtib edib. Bundan başqa Henri Ceyms və digər ingilis dilli yazıçıların romanlarını ekran üçün adaptasiya edib. 3 aprel 2013-cü ildə Manhettendə (Nyu-York) vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%80%D0%B0%D0%B2%D0%B5%D1%80_%D0%94%D0%B6%D0%B0%D0%B1%D0%B2%D0%B0%D0%BB%D0%B0,_%D0%A0%D1%83%D1%82

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç