Stiven Fray

Stiven Fray

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Stiven Con Fray 24 avqust 1957-ci ildə Londonda (İngiltərə) fizik və ixtiraçı Alan Con Frayın ailəsində dünyaya göz açıb. Atası ingilis, ana tərəfi Macarıstan yəhudilərindən olub. Qohumlarının çoxu (ana tərəf) holokost hadisələri zamanı öldürülüb. Frayın anasının xalası, öz uşaqları və əri ilə Osvensimdə həlak olub. Frayın uşaqlığı Norfollk qraflığının Buton kəndində keçib. Ailəsi sonradan Bakinqemşir bölgəsinə köçüb. İbtidai məktəbi bitirdikdən sonra Stauts-Hill hazırlıq məktəbinə gedib, orada isə “Appinhem” özəl məktəbinə daxil olub. 14 yaşı olanda pul oğurladığına görə valideynlərinin yanına trimestrə göndərilir, 15 yaşında isə dərslərdən yayındığına görə (4 gün dalbadal kinoya baxıb) məktəbdən xaric edilib. 17 yaşında Norfollk İncəsənət və Texnologiya kollecini yarımçıq buraxır, belə ki, imtahanlardan kəsildikdən sonra intihar etməyə cəhd edib, sonra isə dostunun valideyninə məxsus kredit kartlarını oğurlayaraq evdən baş götürüb qaçıb. Bir müddətdən sonra Suidonda saxlanılıb və 3 ay həbsxanada qalıb, məhkəmənin çıxardığı qərarla 2 il müddətinə şərti azad edilib. Fray mətbuata verdiyi açıqlamalarda daima anası ilə olan sıx münasibətlərindən danışır. Həbsxanada olduğu müddətdə anası hər bir qəzetdən krossvordları kəsərək ona göndərirdi. Fray bunu böyük xeyirxahlıq aktı kimi qələmə verir, əmin edir ki, həmin krossvordlar həmin vaxt onun çətin sınaqdan keçməsinə və normal həyata qayıtmasına təsir göstərən əsas təsəlli olub. Britaniyanın komediya teleseriallarında oynadığı rollarla, xüsusilə “Qara gürzə” (1985-1989), “Civs və Vuster (1990-1993) seriallarında yaratdığı məzəli obrazlarla məşhurlaşıb. Şerlok Holmsun hekayələrinin böyük fanatıdır. Kinoda “Uayld” filmində oynadığı rolla tanınır. 1992-1998-ci illərdə Dandi Universitetinin rektoru olub. Qəzetdə çıxan məqalələrin birində Stiven Frayın intellekt səviyyəsini və erudisiyasını müqayisə edərkən beyninin Kent qraflığı ərazisi böyüklükdə olduğu qeyd olunub. 2003-cü ildə “Observer” qəzeti onu dünyaya gəlib-getmiş ən gülməli 50 insanın siyahısına daxil edib. O “Qızıl Qlobusa” namizəd olub, onun iştirak etdiyi filmlər “Oskar” mükafatları qazanıb, yazdığı kitablar isə bestsellerlərə çevrilib. Stiven Fray Böyük Britaniyada ingilis ruhunun canlı etalonu hesab olunur. Unikal, qeyriadi və arxaik klassik ingilis ifadələr işlətməsi, ingilis dilinin qrammatika, orfoqrafiya və orfoepiya qaydalarını mükəmməl səviyyədə bilməsi ilə seçilir. Hətta “Stiven Fray kimi səlis danışmaq” adlı öyrədici kitabda dərc olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Stephen_Fry

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç