Məyusluğa qapılan və maddi sıxıntıların girdabında batan dörd rəfiqə qəti ölçülərə əl atır. Onlar bank qarətinin planını cızır. Bu əməliyyatın gedişində onlar bir-birinə bel bağlamağı, cəsur olmağı, gərgin anda soyuqqanlı qalmağı öyrənməli olacaq. “Dəstənin başbiləni” tənha ana - Gülay bu qarətlə təkcə müalicə xərclərini ödəmək və oğluna qayğısız həyat təmin etmək fikrində deyil. Onun üçün bu qarət həm də şəxsi xarakter daşıyır. Çünki kredit borclarını ödəyə bilmədiyi üçün çalışdırdığı kiçik müəssisənin avadanlıqlarını və qiymətli əşyalarını məhz bank müsadirə edib...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar