Özgə Ulusoy
Aktrisa
Özge Ulusoy - türkiyəli model, balet rəqqasəsi, kino və televiziya aktrisasıdır. 2003-cü ildə “Miss Turkey” gözəllik müsabiqəsinin finalisti olub: ikinci yeri tutub. Özge Ulusoy 1982-ci ildə Ankarada anadan olub. Atası Türkiyə silahlı qüvvələrinin keçmiş ali hakimidir (mayor). Böyük bacısı Nilay Ulusoy dosent, Mərmərə və Bahçaşehir universitetlərinin akademiki, Sorbonna məzunudur. Özgə özü Hacıtepe universitetində təsviri incəsənət fakültəsində oxuyub. Daha sonra Memar Sinan adına İncəsənt Universitetində təhsilini davam etdirib. Yeditepe universitetində klassik balet üzrə bakalavr dərəcəsi əldə edib. 12 yaşında olanda ballet məktəbinə daxil olsa da, aldığı xəsarətlə əlaqədar məşğələləri dayandırmaq məcburiyyətində qalıb. Yeniyetməlik illərindən modelliklə məşğuldur. 2006-cı ildə isə özünü televiziyada aktrisa qismində sınayıb. Nəticəsi uğurlu olduğundan ölkənin parlaq kino və televiziya simalarından birinə çevrilib. Kinodebütünü 2011-ci ildə gerçəkləşdirib. “Müqəddəs şüşəqab 3: Drakula” komediyasına çəkilib. Özgə aktyor İlker İnanoğlu ilə ailə qursa da, bu evliliyin ömrü cəmi 24 saat çəkib. İddiaya görə buna səbəb Özgənin rejissor Fərrux Daşdəmirlə mazaqlaşması olub. 2011-ci ilin avqust ayından etibarən biznesmen Hacı Sabancı ilə görüşür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BB%D1%83%D1%81%D0%BE%D0%B9,_%D0%9E%D0%B7%D0%B3%D0%B5