Məltəm Cumbul

Məltəm Cumbul

Aktrisa

BİOQRAFİYA

Meltem Cumbul - türkiyəli aktrisa və teleaparıcıdır. 5 noyabr 1969-cu ildə bank işçisi Sedat Cumbulun ailəsində anadan olub. Özündən böyük qardaşı və bacısı var. Uşaqlığı İzmirdə keçib. Doğma şəhərində ibtidai məktəbdə oxuyub. 13 yaşında olanda ailəsi ilə birlikdə İstanbula köçüb. Orta təhsilini orada davam etdirib. Memar Sinan adına İncəsənət Universitetində ali təhsil alıb. Peşəkar karyerasına Böyük Britaniyada qədəm qoyub. 1993-1994-cü illərdə Cumbul Türkiyə televiziyasında işləməyə başlayıb, “Yukarı Aşağı” realiti şousunun aparıcısı olub. 1994-cü ildə kinoda debüt edib “Bay E” (1995) və “Böcek” (1995) filmlərində ikinci plan aktyor rollarını oynayıb. 1996-cı ildə “Sahte Dünyalar” teleserialının aktyor heyətinə qoşulub, 1997-ci ildə “Kanal 6” telekanalında Meltem Cumbul Show verilişini aparıb. İlk baş rollarını “Qarışıq pizza” (Türkiyə, 1998) və “Absurdistanda doğulmuşlar” (Avstriya, 1999) filmlərində oynayıb. 1999-cu ildə “Yılan hikayesi” adlı populyar seriala çəkilməyə başlayıb. 2004-cü ildə Türkiyənin ev sahibliyi etdiyi “Avroviziya” mahnı müsabiqəsində aparıcılardan biri olub. “Abdülhamid Düşerken” (2002) filmində oynadığı rola görə “Beynəlxalq Antalya kinofestivalında “Qızıl portağal” mükafatına layiq görülüb. Dünya böyük şöhrəti ona “Könül yarası” (2005) adlı filmdə oynadığı rol gətirib. Həmçinin ona görə FİPRESSi mükafatı laureatı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D1%83%D0%BC%D0%B1%D1%83%D0%BB,_%D0%9C%D0%B5%D0%BB%D1%8C%D1%82%D0%B5%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç