Esra Dermancıoğlu

Esra Dermancıoğlu

Aktrisa

BİOQRAFİYA

Esra Dermancıoğlu - türkiyəli kino və televiziya aktrisasıdır. “Möhtəşəm əsr. Kösem imperiyası” serialında oynadığı Cennet Kalfa rolu ilə məşhurlaşıb.Tanınmış türkiyəli professor Zeynal Abidin Erdemin nəvəsidir. Esra Dermancıoğlu 40 yaşında olanda aktrisa olmaq istədiyini etiraf edib... Belə ki, hər şey onunda ad günündə baş verib. Gələn qonaqlar onun öz peşəsini dəyişmək istəyib istəmədiyini soruşub. Həmin vaxt Esra aktrisa olmaq istədiyini ağzından qaçırıb. Onun bu etirafı hamını şoka salıb, başlanğıcda heç bir qohumu onu dəstəkləməyib. Esra isə düşkünlüyə qapılmayıb və şux addımlarla hədəfinə doğru irəliləyib. Arzusunu gerçəkləşdirmək üçün Esra rəfiqəsi ilə birlikdə “portfolio” hazırlayıb. Söhbət onun müxtəlif kostyumlar və müxtəlif tanınmış rollarda çəkdirdiyi qısa videolarından gedir. Portfolionu “Ay Yapım” adlı tanınmış kinostudiyaya göndərir. Tezliklə nüfuzlu türk ssenaristlərdən biri onu populyar serialda qonaq rola dəvət edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://muhtesemyuzyil.fandom.com/ru/wiki/%D0%AD%D1%81%D1%80%D0%B0_%D0%94%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD%D0%B4%D0%B6%D0%B8%D0%BE%D0%B3%D0%BB%D1%83

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç