Filiz Ahmet

Filiz Ahmet

Aktrisa

BİOQRAFİYA

Filiz Ahmet 15 aprel 1981-ci ildə Makedoniyada anadan olub. Bosniya müharibəsi zamanı ailə ilə birlikdə İsveçrəyə köçüb. Bu ölkədə tibb litseyinə daxil olub, tibb sahəsi üzrə mütəxəssis dərəcəsini qazanıb. Doğma şəhəri Skopyaya qayıtdıqdan sonra babası tanınmış teatr xadimi Lüftü Seyfullahın yolunu tutmağa qərar verib. Möhtəşəm sənətlər Akademiyasına daxil olaraq, orada 2003-cü ilə kimi ali təhsil alıb. Bundan başqa aktrisa Türkiyənin Teatr Konservatoriyasında oxuyub. Filiz poliqlotdur, türk, ingilis, makedon, alban, isveç, serb və bolqar dillərində danışa bilir. “Möhtəşəm əsr” tarixi dramında oynadığ rol ona təkcə Türkiyədə deyil, ölkə hüdudlarından kənarda da şöhrət qazandırıb. Filiz kinodebütünü Makedoniyanın “Cazibə” adlı mini-serialında həyata keçirib. Türkiyədə ona şöhrət gətirən ilk rolu “Əlvida, Rumeli” serialında oynadığı rol olub. Sözü gedən sabun operası Star TV telekanalında 2007-ci ildə yayımlanıb. 2014-cü ildə “Mənə yaxşı bax” filminə çəkilib. Daha sonra FOX TV–də yayımlanan “Qəlbimin güzgüsü” serialının aktyor heyətinə qatılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə  basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%85%D0%BC%D0%B5%D1%82,_%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%B7

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç