Elə insanlar var ki, ilk məhəbbətini əldən çıxmağa qoymur və ona hər zaman sadiq qalır, elələri də var ki, öz ikinci yarısını ömrü boyu axtarır və sonadək tapa bilmir. Ekran əsəri 25 illik ayrılıqdan sonra İstanbulda bir-birinə qovuşmuş Dəniz və Özgürün eşq hekayəsini danışır. Özgür uğurlu fotoqrafdır, Dəniz isə sənətdə ilk addımlarını atan aktrisadır. Uşaqlıqda onlar bir-birinə dəlicəsinə aşiq olub. Onların illər sonra gözlənilməz şəkildə rastlaşmaları uşaqlıqda keçirdikləri duyğuları yenidən “dilə gətirir”. Bu rastlaşma eyni zamanda bir sıra xoşagəlməz ortaq xatirələri üzə çıxarır...Görəsən onların bir-birinə qovuşması bir təsadüf yoxsa “alın yazısıdır”?
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar