Ömer Faruk Sorak
Rejissor, operator
Ömer Faruk Sorak 27 aprel 1964-cü ildə Ankarada (Türkiyə) anadan olub. Ankara Universitetinin Kommunikasiya fakültəsinin məzunudur. Peşəkar karyerasına TRT dövlət telekanalında 1987-1990-cı illərdə operator köməkçisi olaraq başlayıb, 1990-1995-ci illər ərzində operator olub. 1995-ci ildən sonra rejissor kürsüsündə özünü sınayıb. Çəkdiyi çoxsaylı reklam çarxları, videokliplər və televerlişlərlə bu sahədə uğur qazanıb. 2001-ci ildə “Vizontele” adlı ilk tammetrajlı bədii filmini lentə alıb. Yılmaz Erdoğanla müştərək çəkdiyi film Türkiyənin 21-ci əsr kult filminə çevrilib. Filmi Türkiyə kinoteatrlarında 3 milyondan çox adam izləyib. Cem Yılmazın baş rola çəkildiyi ikinci tammetrajlı filmi G.O.R.A 2004-cü ildə böyük ekranlara çıxıb. Fantastik komediya janrında olan bu film onun Türkiyə kinosunda vizit kartına çevrilib. Türkiyə ilə yanaşı, ölkə hüdudlarından kənarda da, o cümlədən Rusiya və Azərbaycanda da, ən çox baxılan Türkiyə filmlərindən birinə çevrilib. 2009-cu ildə “Vəhşi Qərb” adlı vertern filmi çıxıb. 2011-ci ildə isə “Eşq təsadüfləri sevər” filminə rejissorluq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0814716/bio?ref_=nm_ov_bio_sm