Belçim Bilgin
Aktrisa, rəssam
Belçim Bilgin 31 yanvar 1983-cü ildə Ankarada (Türkiyə) anadan olub. Orta məktəbi Salih Alptekin məktəbində oxuduqdan sonra atasının təyinatına görə İskenderuna köçürlər. Orta məktəbin son ili ve litsey illərini Məhəmməd Əmin Rəsulzadə Anadolu Litseyinin sosial çevrəsində keçirərək, 2001-ci ildə Məhəmməd Əmin Rəsulzadə Litseyinin məzunu olur. 2002-ci ildə Hacettəpə Universiteti Bilgi-sənəd İdarəetməsi fakültəsində təhsilə başlayır. Bir dostunun vasitəsilə Yılmaz Erdoğanla tanış olur. Bu hadisədən sonra "Sıfır kilometr" adlı filmdə çəkilən Belçim dərslərini dondurub Parisə köçür. Burada iki il qalır və "Dol" adlı filmdə də rol alır. 2006-cı ildə Türkiyəyə qayıdır və Yılmaz Erdoğanla evlənir. Cütlük 2018-ci ildə ayrılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Bel%C3%A7im_Bilgin