Altan Erkekli

Altan Erkekli

Aktyor

BİOQRAFİYA

Altan Erkekli 18 noyabr 1955-ci ildə İstanbulda (Türkiyə) anadan olub. Ali təhsilini Kadıköy Maarif kollecində alıb. Tələbə olduğu illərdə dram sənəti ilə maraqlanmağa başlayıb. Ancaq üzləşdiyi çətinliklərlə əlaqədar aktyor olmaq sevdasından vaz keçib inşaat mühəndisi olmağa qərar verib. Lakin litseydəki ingilis dili müəlliminin təkidi ilə bu qərarını dəyişdirib və 1975-ci ildə Ankara Universitetinin (DTCF) teatr bölməsinə daxil olub. Təhsil aldığı müddətdə “Kopermikli Yüzbaşı” tamaşasında baş rolda səhnəyə çıxıb. Tamaşanın təqdimatının ardından Rutkay Əzizin “AST gəmisinə xoş gəldin” sözləri ilə müraciətindən sonra peşəkar aktyor karyerasına qədəm qoyub. Daha çox “Vizontele Tuuba" (2004), “Qurtuluş” (1994), “Anlat İstanbul” (2005), “Aşk tesadüfleri sever” filmlərində oynadığı rollara görə tanınır. IMDB məlumat bazasına görə, karyerası ərzində 66 film və serialın çəkilişi və səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Altan_Erkekli

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç