Ayda Aksel
Aktrisa
Ayda Aksel - türkiyəli aktrisadır. 1962-ci ildə İstanbul şəhərində dünyaya göz açıb. Aktyorluq sənəti üzrə təhsilini Memar Sinan adına Universitetin teatr fakültəsində alıb. Aksel eyni zamanda konservatoriyanın violonçel sinfində oxuyub, həmçinin baletlə maraqlanıb. 15 yaşında olanda Ayda peşəkar səviyyədə reklam çarxlarının səsləndirilməsi ilə məşğul olmağa başlayıb. Gəncliyində daha çox teatr səhnələrində görünən Aksel 1994-cü ildən mavi ekranlara çıxır. Onun məşhur film və serialları arasında “Azadlıq” mini serialı, rejissor Tuna Basaranın “Diplomatiya çılğınlığı”, “Cumhuriyyət” tarixi dramını misal çəkmək olar. Beynəlxalq şöhrəti ona 2000-ci illərdə iştirak etdiyi layihələr gətirib. 2006-cı ildə Ömər Fərruxun “İmtahan” komedik dramında rol alıb. 2010-2011-ci illərdə Tuba Büyüküstünlə bərabər “Ürəkləri sındıran” serialına çəkilib. 2011-ci ildə onun iştirakı ilə “Sevgi təsadüfləri sevir” dramı ekranlara çıxıb. 2013-cü ildə aktrisa “Qırmızı sevgi” dramatik döyüş filmində mərkəzi qadın rollarından birini oynayıb. Şəxsi həyatına gəlincə, ilk həyat yoldaşı Haluk Semi adlı mühəndis olub. Onların izdivacı 1993-cü ildə boşanma ilə nəticələnib. İkinci dəfə isə elektrik işləyən Atilla Akıncıoğlu ilə izdivaca daxil olub. Əri 2010-cu ildə vəfat edib. İlk nikahdan qızı, ikinci nikahdan oğlu var. Azərbaycan tamaşaçısına "Hercai" serialındakı Azize Aslanbey rolundan tanışdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Ayda_Aksel