Filmin süjeti dramatik məhəbbət üçbucağı üzərində qurulub. Baş qəhrəmanlar Fərhad və Zeynəb, xoşbəxt ər-arvaddır. Onlar bir-birini sevir, ailədə hüzur və səadət hökm sürməkdədir. Lakin Fərhadın ilk məhəbbəti olan Nazlıgülün həyatlarına daxil olması ilə bu hüzurdan əsər-əlamət qalmır. Fərhad və Nazlıgül arasında eşq macərası onların 17 yaşı olanda yaşanıb. Həmin vaxtdan uzun illər keçib. Fərhad seminarda iştirak etmək üçün Antalyaya səfər edən zaman təsadüfən onunla rastlaşır. Keçmişdə yaşanmış hissləri onun şüurunu dumanladır, aktivləşən sevgi vulkan tək püskürür. Ailə vəziyyətinə baxmayaraq sevgi və sədaqət andları içilir. Ancaq sən saydığını say, gör fələk nə sayır. Fərhad ilk məhəbbətinin qadın alverinə cəlb olunduğunu öyrənir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar