Ezgi Asaroğlu
Aktrisa
Ezgi Asaroğlu 18 iyun 1987-ci ildə İzmir şəhərində (Türkiyə) anadan olub. Uşaqlığı həmin şəhərdə keçib, orta təhsilini orada alıb. Yeniyetmə yaşlarından incəsənətə maraq göstərib, ona görə onun aktrisa olması yaxınları və dostlarına təəccüblü gəlməyib. Ali təhsilini İstanbul Universitetində alıb. Tələbəlik illərindən bəri reklamlara çəkilib: qəhvə, mebel, içki, kosmetika və digər məhsulların reklam çarxlarında görüntülənib. 2004-cü ildə teledebütü baş tutub, “Bir Dilim Aşk” adlı serialda ilk rolunu oynayıb. O həmdə kinofilmlərə çəkilməyə başlayıb. Karyerası ərzində 10-dan çox bədii filmin çəkilişi və səsləndirilməsində iştirak edib. Türkiyə auditoriyası arasında ona şöhrəti “1001 gecə” serialında oynadığı Duru rolu gətirib. Bundan sonra Ezgi Asaroğlu digər seriallara çəkilib. Əsl şöhrəti isə ona “Menekşe və Halil” layihəsi gətirib, oynadığı rolla beynəlxalq miqyasda tanınmağa başlayıb. Sözügedən serial 30 yaxın mükafat qazanıb, hətta “Oskar”mükafatına namizəd olub. 2014-cü ildə “Bu mənim həyatımdır” serialına baş rola çəkilib. Serialda Ezgi Asaroğlu bədbəxt taleyi olan Bahar adlı qızı oynayıb. Ezgi Asaroğlunun şəxsi həyatı ilə bağlı çox az məlumat var. “Bu mənim həyatımdır” serialının çəkilişlərində serialın baş rol ifaçısı Keremcemlə eşq macərası yaşayıb. Bundan başqa Ezgi bir müddət Uşhan Çakırla görüşüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://glosslife.ru/turetskiy-kinematograf/turetskie-aktrisy/ezgi-asaroglu-biografiya-i-lichnaya-zhizn