Nurgül Yeşilçay
Aktrisa, rəssam
Nurgül Yeşilçay - türkiyəli teatr və kino aktrisasıdır. 26 mart 1976-cı ildə Türkiyənin Afyonkarahisar şəhərində dünyaya gəlib. Eskişehir şəhərinin Anadolu Universitetində beynəlxalq münasibətlər üzrə ali təhsil alıb. Məzun olduqdan sonra tam fərqli peşəni seçib, aktrisa olub. “Hamlet” tamaşasında Ofeliya, “Arzuların tramvayı” tamaşasında Blanş Dübua rolunda çıxış edib. Teatrı tərk etdikdən sonra, üç televiziya dramına çəkilib. Kinoda debütünü 2001-ci ildə gerçəkləşdirib. 45-ci Antalya Qızıl Portağal kinofestivalında ən yaxşı qadın roluna görə mükafata layiq görülüb. Şəxsi həyatına gəlincə 2004-cü ildə kinoaktyor Cem Özerlə ailə qurub. 22 may 2005-ci ildə cütlüyün Osman Necat Özer adlı övladı dünyaya gəlib. Ancaq onların ailə həyatında tezliklə problemlər yaranıb və cütlük 6 illik evlilik həyatından sonra yollarını ayırıb. 2018-ci ildən etibarən rejissor Necati Kocobayla görüşür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%95%D1%88%D0%B8%D0%BB%D1%87%D0%B0%D0%B9,_%D0%9D%D1%83%D1%80%D0%B3%D1%8E%D0%BB%D1%8C