Film Rano adlı qadının həyatından bəhs edir. Qaynanası tərəfindən daima alçaldılan, evə içkili gələn əri Trilok tərəfindən döyülən qadın hər şeyə dözür. Hətta ərinin anidən ölümündən sonra belə onun iztirabları bitmək bilmir. Kəndin ağsaqqalları onu ölmüş ərinin qardaşına ərə vermək qərarına gəlir. Qaynını uşaqlıqdan öz oğlu kimi tərbiyə edən qadın, bu vəziyyətdə nə edəcək? Öz uşaqlarının gələcəyi naminə zülmlərə tab gətirməlidir?
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar