Hema Malini
Aktrisa
Hema Malini 16 oktyabr 1948-ci ildə Hindistanda doğulub. 1965-ci ildə Teluqu dilində çəkilən “Pandu bu dünyanı tərk edir” filmi ilə debüt edib. O burada rəqqasə rolunu canlandırıb. Hind dilində çəkildiyi ilk film “Arzuların satıcısı” olur. Filmdə baş rolu Rac Kapur canlandırıb. Sonra o, Raceş Hanna, Şami və Şaşi Kapur, Sanciv Kumar, Dharmendra, Amitabh Baççan kimi aktyorlarla eyni filmlərdə rol alıb. 35-dən çox filmdə Dharmendra ilə birlikdə çəkilib. Bu filmlərdən postsovet ölkələrində ən çox tanınanı “Zita və Qita”, “Sevimli Raca”, “Qisas və qanun”, “Cəngəlliklər kralı”, “Əlibaba və 40 quldur”, “Samrat” filmləridir. Bunlardan başqa, “Zamanın hərəkəti”, “Bağban”, “Vir Və Zara”, “Ata”, “Sərhədsiz sevgi” filmləri ilə də tanınır. Hema Malini 1979-cu ildən aktyor Dharmendra ilə evlidir. Dharmendra və Hema Malini arasındakı məhəbbət hekayəsi bütün dünyada məşhurdur. Onlar 1972-ci ildə “Zita və Gita” filmində üzləşiblər. Onların ekran qəhrəmanları Raka və Gita arasındakı sevgi real həyatda da öz davamını tapıb. 1975-ci ildə hind kinosunun ən böyük hitlərindən sayılan “Qisas və qanun” filmində isə bu hisslər bütün çəkiliş heyətinə aşkarlanıb. Maraqlıdır ki, ilk vaxtlar Hema Malininin atası qızının Dharmendra ilə ailə həyatı qurmasına qəti razılıq vermir. Ata qızının evli kişi ilə evlənməsini heç cürə qəbul edə bilmir. Lakin 1978-ci ildə o, ürək tutmasından vəfat edir. Və yuxarıda deyildiyi kimi, Dharmendra ilk nikahını pozmadan 1980-ci ildə özünə yığcam toy mərasimi təşkil edir. İki qızı var: Eşa və Ahama. Dharmendranın ilk evliliyindən iki oğlu - Sanni Deol və Bobbi Deol və iki qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hema_Malini