Punam Dillon

Punam Dillon

Aktrisa

BİOQRAFİYA

Punam Dillon 18 aprel 1962-ci ildə Hindistanda doulub. 1977-ci ildə Dillon “Hindistanın gənc gözəli” müsabiqəsində qalib gəlib. Rejissor və prodüser Yaş Çopranın diqqətini cəlb edən Dillon “Şiva allahı” (1978) filminə dəvət alır. Ardınca Çopra gənc aktrisaya öz filmində rejissor Manmohan Krişnanın “Nuri” dramında baş rolu etibar edir. Bu rola görə aktrisa "Ən yaxşı qadın aktrisa" nominasiyasında "Filmfare Award" mükafatı qazanıb. Punam Dillon öz dövrünün tanınmış aktyorları ilə tərəf müqabili olub. Raceş Xanla “Al qızılgül” (1980), “Ağrı” (1981), “Cəsur” (1983), “Vaxt bitdi” (1985), “Xalq” (1987), "Jai Shiv Shankar" (1990)), Rişi Kapurla  “Gənclərin andı” (1982), Sanciv Kumarla “Sevimli arvad” (1981), Hema Malini ilə “Alçalma” (1986) filmlərində çəkilib. Punam Dillon həmçinin “Nişan” (1980), “Punam” (1981), “Roman” (1983), "Cinayət sirrləri” (1985), “Karma” (1986), “And” (1988), “Qan hesabı” (1989), “Varlı və kasıb” (1990) filmlərində çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D1%85%D0%B8%D0%BB%D0%BB%D0%BE%D0%BD,_%D0%9F%D1%83%D0%BD%D0%B0%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç