Rişi Kapur 4 sentyabr 1952-ci ildə Bombeydə (Hindistan) doğulub. "Ən yaxşı kişi aktyor"u kimi “Filmfare” mükafatı laureatıdır. Rişi Kapur ilk dəfə 1970-ci ildə ekranda atası Rac Kapurun “Mənim adım Kloundur" filmində rol alıb. Gənc yaşlarına baxmayaraq, o, rolunu peşəkarlıqla ifa etmişdi. Təcrübəsinə görə "Əməkdar aktyor" mükafatına layiq görülüb. Üç il sonra Rişi Kapur atasının "Bobbi" filmində baş rolu canlandırıb. Film Hindistanda böyük uğur qazanır, böyük kommersiya gəliri əldə edir. Məhz bu filmdən sonra Rişi "İlin ən yaxşı aktyoru" kimi tanınıb. Film xaricdə, o cümlədən Azərbaycanda da məşhurdur. Rişi Kapur həmçinin 1970-1980-ci illərdəki "Qeyri-adi", "Sevgi xəstəliyi", "Belə yalançı", "Fəxri vəzifə", "Mən bütün dünyaya sübut edəcəyəm!", "Qəddar dünya", "Sevgi dənizi" və sair filmlərdə rol alıb. 1990-cı illərin sonlarında Rişi Kapur prodüser və rejissorluq etməyə başlayır. 2006-cı ildə “Mauritius Zee Cine” mükafat mərasimində Rişi Kapur "Həyatı boyu nailiyyət" mükafatına layiq görülüb. Rişi Kapur və aktrisa Nitu Sinqh 13 aprel 1979-cu ildə nişanlanıb və 1980-ci ildə isə evləniblər. Onların iki övladı var: aktyor Ranbir Kapur və moda dizayneri Ridhima Kapur Sahni. Rişi Kapur 30 aprel 2020-ci ildə vəfat edib Ölüm səbəbi aktyorun 2018-ci ilin oktyabr ayından mübarizə apardığı leykoz idi.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rishi_Kapoor