Filmin süjeti Hefsiman bağında başlayır: Həzrəti İsa dua edir, İblis isə onu yoldan çıxarmağa çalışır. Bu arada peyğəmbərin əshabələrindən olan İuda, İsa Məsihi sataraq, əsgərlərə olduğu yeri bildirir. Kaifin ali dini xadimi onu qısa zamanda mühakimə edərək, ölüm hökmü çıxarır. Ancaq ölüm cəzasının icrası üçün Romanın bölgəyə təyin etdiyi prokurator Pontius Pilatusun icazəsini almaq lazımdır. Pilatus onlara qarşıda gələn bayram münasibətilə qatı cinayətkar məhbusun əvəzinə, heç bir cinayət işləməmiş Məsihi əfv etməyi tövsiyyə edir. Lakin babalarından qalan dini qayda-qanunlara təhlükə görən Kaifin din xadimləri, məhz İsa Məsihin çarmıxa çəkilməsinə israr edir. Məsih qəddarcasına döyüldükdən sonra edam yerinə göndərilir. Ekran əsəri İsa Məsihin həyatının son 12 saatını rəvayət edir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar