Mel Gibson

Mel Gibson

Rejissor, prodüser, aktyor, ssenarist

BİOQRAFİYA

Mel Gibson 3 yanvar 1956-cı ildə Pikskil şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Ailədə 11 uşaqdan altıncısı olub. Atası Hatton Gibson dəmiryolu konduktoru kimi çalışırdı. Mel doğulduqdan dərhal sonra ailə Avstraliyanın Yeni Cənubi Uels əyalətinə köçür. Məktəbi bitirdikdən sonra Sidney şəhərində yerləşən Yeni Cənubi Uels Universitetində təhsil alır. 7 iyun 1980-ci ildə Robin Murla ailə həyatı qurub. 2006-cı ilin avqustunda cütlük ayrı yaşamağa başlayır və 2009-cu il aprelin 13-də Robin boşanmaq üçün məhkəməyə müraciət edir. Aprelin 28-də Mel Gibson "X Adamlar: Rosomaxa" filminin açılış mərasiminə rus pianoçusu Oksana Qriqoryeva ilə birlikdə gəlir və mayın 26-da televiziya şoularından birində Oksanadan uşağı olacağını etiraf edir. 30 oktyabr 2009-cu ildə onların Lüsiya adlı qızları dünyaya gəlir. 2010-cu ilin aprelində Mel Gibson Oksana Qriqoryeva ilə münasibətləri kəsdiyini elan edir və iyun ayında Lüsiyanın himayəsinin valideynlərdən hansına verilməsi barədə məhkəmə çəkişməsi başlayır. Mel Gibsonun Robin Murla evliliyindən yeddi uşağı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Mel_Gibson

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç