Monika Belluççi

Monika Belluççi

Aktrisa

BİOQRAFİYA

Monika Belluççi 1964-cü il sentyabrın 30-da İtaliyanın Umbriya əyalətinin kiçik Çita-di-Kastello şəhərində anadan olub. 1986-cı ildə Peruca Universitetinə qəbul olunan Monika təhsil haqqını ödəmək üçün kafedə ofisiant kimi işə düzəlir. Sonra isə gözəl görünüşü onun karına gəlir – o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayıb. Monika 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. O, Milandakı ən nüfuzlu model agentliyi olan "Elit"ə dəvət edilir. Təsadüf nəticəsində həmin dövrdə Moda Evinin menecerləri firmanın simvolu olacaq model axtarırmışlar. Monikanın bəxti burada da gətirir. Məhz onu "Dolce and Gabbana"nın rəsmi siması seçirlər. Məşhur modelyerlərlə iş tezliklə öz bəhrəsini verir – Monika Belluççi tez-tez moda jurnallarının üz qabığında peyda olmağa başlayır. Paralel olaraq onun kino həyatı da başlayır. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görür və Monika "Brem Stokerin Drakulası" filmində kiçik rol alır. Bu filmdən sonra onu ABŞ-da da tanıyırlar. Monika Belluççi İtalyan filmlərindən başqa, fransız filmlərində də rollar alıb. Bunların arasında "Mənzil", "Doberman" və "Qurd qardaşlığı" filmlərini göstərmək olar. Belluççi argentinalı fotoqraf Klaudio Karlos Basso ilə dörd il evli olub. 1994-cü ildə onlar ayrılıblar. "Mənzil" filminin çəkilişləri zamanı (1996) Vensan Kassellə qarşılaşır. 1999-cu ildə evlənən cütlüyün iki qızı var. 2013-cü ildə Belluççi və Kassel boşanır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Monika_Bellu%C3%A7%C...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç