Ceyms Kevizel

Ceyms Kevizel

Aktyor

BİOQRAFİYA

Ceyms (Cim) Patrik Kevizel – kiçik 26 sentyabr 1968-ci ildə Vaşinqtonda (ABŞ) anadan olub. Anası keçmiş aktrisa, atası manual terapevt olub. Aktyorun özündən kiçik Timati adlı qardaşı və Anna, Emmi və Erin adlı bacıları var. Ailədə katolik tərbiyə görüb. Atası slovak və rumın əsilli, anası irlanddır. İki il Vernon məktəbində oxuduqdan sonra Sietl şəhərinə köçüb. Ailə dostunun evində qalıb və katolik məktəbdə oxumağa başlayıb. Növbəti tədris ilində Con Kennedi adına katolik məktəbə keçib. Oranın basketbol komandasında çıxış edib və 1987-ci ildə məzun olub. Məktəbi bitirdikdən sonra "Biliv Komüniti" kollecinə qəbul olunub. Kollecin basketbol yığmasında çıxış edib. Ayağından aldığı ağır xəsarətdən sonra basketbol karyerasına son qoyub. Daha sonra Vaşinqton Universitetinə daxil olub və ciddi surətdə aktyorluq sənəti ilə məşğul olmağa başlayıb. Daha çox “Tezlik”, “Məsihin iztirabları” filmində oynadığı rollara görə tanınıb. Məşhurlmasına eyni zamanda “Nəzər nöqtəsi” serialında Con Riz rolu təkan verib. Universitetin “Siqma” qardaşlığının üzvü olub. Kevizel dindar xristiandır. Müxtəlif toplantılarda dini moizələrlə çıxış edir. Həyat yoldaşı Kerri də onun kimi katolikdir. Müəllimə və fleyta ifaçısıdır. O, Çindən 3 uşaq övladlığa götürüb. Kerri həmçinin humanitar fəaliyyətlə məşğul olur. Tənha analara maddi dəstək olur, Malibu şəhərində məhdud imkanları olan uşaqlar üçün düşərgə yaradıb. “Siqma” qardaşlığının keçmiş üzvləri ilə indiyə kimi əlaqə saxlayır. “Minnesota Vikinqləri” klubunun sadiq azarkeşidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jim_Caviezel

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç