Süzen Makalister “Akvatika” adlı sualtı elmi laboratoriyaya başçılıq edir. Orada mako-köpəkbalığının beynindən hasil edilən maddə əsasında Altsheymer xəstəliyinə qarşı preparat hazırlanır. Həkim Makalister təbiət qaydalarını pozaraq, cövhərin həcmini artırmaq üçün gen mühəndisliyinə əl atır. Eksperiment nəticəsində köpəkbalıqları əsl ağıllı və hiyləgər qatillərə çevrilirlər. Dəniz yırtıcılarından birinin azadlığa çıxması ilə qanlı faciə baş verir. Ac və qəzəbli köpəkbalığı insanları daşıyan katamarana hücum edir. Tədqiqatçılar çətinliklə “bədheybəti” laboratoriyaya geri qaytara bilsə də, insidenti yerində araşdırmaq üçün “Akvatikaya” şəxsən eksperimentləri maliyyələşdirən əczaçılıq şirkətinin rəhbəri təşrif buyurur...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar