LL Kul Cey

LL Kul Cey

Aktyor, reper

BİOQRAFİYA

Ceyms Todd Smit tanınmış amerikalı hip-hop ifaçısı, nəğməkar şair, prodüser və aktyordur. LL Cool J təxəllüsü ilə tanınır. Reper, aktyor 14 yanvar 1968-ci ildə ABŞ-ın Lonq-Aylend şəhərində Ceyms və Ondrea Smitin ailəsində dünyaya gəlib. Körpə olan vaxt valideynlərinin münasibətləri korlanıb və nəticədə Ceyms anası ilə Kvinsdə yaşayan babasıgilə köçüb. Uşaqlığında futbol oynamağı və kilsə xorunda oxumağı sevib. Musiqiçi ailəsində böyüyüb. Babası saksafon, anası akkordeon ifaçısı olub. 13-cü ad günündə ona didcey avadanlığı hədiyyə edilib. Təxəllüsünün açılışı “Qadınlar “Bomba” Ceymsi Sevir” anlamına gəlir. Kinoda “Dərin mavi dəniz” (1999), “Şüur ovçuları” (2004), “Hellouin: 20 il sonra” (1998), “Bizi Yevadan qurtarın” (2003) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 48 bədii/televiziya filminə və seriala çəkilib. Sonuncu oynadığı rol 2009-2018-ci illər ərzində ABŞ teleməkanında yayımlanan “Dəniz Polisi: Los-Anceles” serialında Sem Hanna roludur. Karyerası ərzində 13 rep albomu buraxıb. 1985-ci ildə işıq üzü görən “Radio” və 1987-ci ildə buraxdığı Bigger and Deffer” albomlarından sonra məşhurlaşıb. 80-ci illərin sonlarında “Public Enemi” və “N.W.A” kimi qrupların peyda olması ilə gündəmdən düşsə də, dördüncü “Mama Said Knock You Out” (1990) albomu ilə yenidən hit-paradlarda öz layiqi yerini tutub. Hazırda həyat yoldaşı və dörd övladı ilə Nyu-Yorkda yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/LL_Cool_J

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç