Qlinis Cons
Aktrisa
Qlinis Cons 5 oktyabr 1923-cü ildə Pretoriyada britaniyalı aktyor Mervin Consun və pianoçu Elis Modun ailəsində doğulub. Kinoda debütünü 1938-ci ildə gerçəkləşdirib. Atası ilə birlikdə 1944-cü ildə “Sanatoriya” və 1948-ci ildə “Miranda” filminə (su pərisi roluna) çəkilib. 1952-ci ildə Arnold Bennettin “Lovkaç” romanının ekranizasiyasında baş rolu oynayıb. 1953-cü ildə Hollivudda debüt edib. Daha sonra “Saray təlxəyi” (1955), “80 gün yerin ətrafında” (1956), “Günün sonunda” (1960) filmlərində oynadığı rollara görə tanınır. Həmin rola görə “Oksar” mükafatına namizəd olub. Kinodan savayı Qlinis Cons teatr səhnəsində oynayıb və televiziya layihələrində iştirak edib. 1973-cü ildə “Kiçik Serenada” müziklndə oynadığı rola görə “Toni” mükafatına layiq görülüb. Televiziyada “Doktor Kilder”, “Betmen”, “Sevgi qayığı”, “O qətl yazıb” və başqa filmlərdə görüntülənib. Sonuncu dəfə ekranlara 1999-cu ildə “Superulduz” filmində Qallaqer nənə rolunda çıxıb. “Toni” mükafatı laureatıdır. 1960-cı ildə “Oskar” mükafatına namizəd olub. Qlinis Cons dörd dəfə ərdə olub. Yeganə övladı birinci əri Entoni Fortvuddan olub (1942-1948). Bundan başqa “Colgate Palmolive İnternational” Şirkətinin sədri Devid Foster (1952), Sesil Henderson (1960-1962) və Elliot Arnolla (1964) evli olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Glynis_Johns