Maykl Rapaport

Maykl Rapaport

Aktyor

BİOQRAFİYA

Maykl Devid Rapaport 20 mart 1970-ci ildə Nyu-Yorkda radioaparıcı Cun Brodi və New York WKTU Disco 92 radiostansiyasının baş meneceri olub. Uşaqlığı Manhettenin şərq hissəsində keçib. Erik Rapaport adlı qardaşı var. Maykl rus və polşa kökləri olan yəhudidir. Yeniyetməlik dövründə Eddi Mörfi kumiri olub. Onun sənətinə o qədər heyran olub ki, qaradərili aktyorun tərzində geyinib (qızıl boyunbağ və al-əlvan rəngli kostyumlar). Boyu hündür olduğundan basketbolçu olmağı planlaşdırıb. Ancaq məktəbdən qovulduqdan sonra bu planı alt-üst olur. 19 yaşında olanda Los-Ancelesə köçür. Atabir bacısı Klaudiya Lonou kimi stendap komediyaçı olmağa çalışıb. Klaudiyanın ögey atası Mark Lonou ona şoubiznesə qatılmağa kömək edib. Uğurlu çıxışlarından sonra kino və televiziya layihələrinə dəvət alıb. Şəxsi həyatına gəlincə 1997-ci ildə aktrisa Lili Teylorla görüşüb. Sevgilisinin onu atmasından sonra, Teyloru qarışbaqarış təqib etməyə başlayıb. Qarşı tərəfin polisə şikayət etməsindən sonra keçmiş sevgilisinə qarşı cinsi zorakılıqda təqsirli bilinib. Həbsdən canını şərti azadlıqla qurtarsa da, məcburi konsultasiyalara göndərilib. Həmçinin onun Teylora yaxınlaşması qadağan edilib. 15 yanvar 2000-ci ildə Maykl ssenarist və prodüser Nikol Bitti ilə ailə qurub. Cütlüyün 2000 və 2002-ci il təvəllüdlü iki oğlu var. Ancaq bir müddətdən sonra onlar boşanıblar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Rapaport

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç