Ailə məsələləri, o cümlədən boşanma işləri üzrə ixtisaslaşmış iki uğurlu vəkil Deniel Rafferti və Odri Vuds məhkəmə zalında dəfələrlə üz-üzə gəliblər. Onlar son sevgi ümidlərinin puç olması, ailələlərin ən təsirli şəkildə dağılmasının şahidi olublar. Vəzifələri eyni olsa da, metodları və məsələyə yanaşmalarında yerlə göy arasında fərq var. Odri hər zaman mühafizəkar baxışlı olub, və qaydalar və təlimatlar çərçivəsində hərəkət etməyi sevir. Deniel isə əksinə bəzən oyun qaydalarını dəyişir, həm də xarizması, cazibəsi və natiqlik istedadı ilə zalın diqqətini özünə cəlb etməyi bacarır. Beləcə növbəti qalmaqallı boşanma prosesində yenidən qarşı-qarşıya gəlirlər. Ancaq bu səfər onlar müştərini yox özlərini təmsil etməli olacaqlar...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar