Frensis Fişer
Aktrisa
Frensis Luiz Fişer 11 may 1952-ci ildə İngiltərədə anadan olub. Atası inşaatçı, anası evdar xanım olub. Atası neft sektorunda çalışdığından, tez-tez yaşayış yerini dəyişməli olublar (azı doqquz dəfə ev dəyişiblər). Son duracaqları ABŞ-ın Texas ştatı olub. Məktəbi bitirdikdən sonra Fişer bir müddət katibə işləyib. Sonradan valideynlərinin evini tərk edərək, Virciniyaya, Abinqton şəhərinə köçüb. Orada yerli teatrın aktyor heyətinə daxil olub. 1976-cı ildə Frensis Fişer ilk dəfə olaraq “Gecə diyarı” adlı sabun operasına çəkilib. Beş il ərzində həmin serialda xəfiyyə Debora Sakson rolunu oynayıb. Böyük ekranlarda Fişerin o qədər də çox rolu olmayıb. Ən məşhur rolları Klint İstvudun “Bağışlanmamış” (1992) vesternində Elis və Ceyms Kemeronun “Titanik” (1997) adlı blokbasterində Ruf Düit roludur. 1989-1995-ci illərdə rejissor və aktyor Klint İstvudla görüşüb. Vətəndaş nikahından onların Françeski Rut adlı qızı var. Hazırda Frensis Fişer ABŞ Kinoaktyorları Gildiyasının direktorlar şurasının üzvüdür. 2013-2014-cü illərdə ABC-də yayımlanan “Dirilmə” serialında mərkəzi rollardan birini oynayıb. Klin İstvudun “Bağışlanmamış” (1992) vesternində oynadığı Elis rolu ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D1%88%D0%B5%D1%80,_%D0%A4%D1%80%D1%8D%D0%BD%D1%81%D0%B8%D1%81