Suqanda mühafizəkar valideynləri olan gənc qızdır. Hind toyunun bütün çətin, təmtəraqlı mərhələlərindən keçməyə hazırlaşır. Elə düşkün vəziyyətdədir ki, bütün bu pafosdan azad olub, aradan çıxmaq və sevgilisi ilə sadə şəkildə ailə qurmaq istəyir. Mudit də Suqandanı ilk dəfə görəndə ona yaxınlaşmağa belə cəsarət etmirdi. Sadəcə dostlarının əhatəsində onun dalınca düşürdü. Bir gün özündə güc taparaq, evlilik təklifi irəli sürmək qərarına gəlir. Həddindən artıq utancaq olduğundan qızın valideynlərinin xeyir-duasını internet vasitəsilə almağa cəhd edir. Suqandanı onun bu hərəkəti o qədər hiddətə gətirir ki, iş yerinə yollanıb ürəyini boşaltmaq qərarına gəlir. Ancaq ünsiyyət əsnasında onlar öz aralarında bir çox ortaq cəhətlər və maraqlar aşkarlayırlar. Tezliklə bir-birinə aşiq olur və yaxın zamanda evlənəcəklərinə çox sevinirlər. Lakin toya iki gün qalmış, indiyə kimi bir dəfə də qadınla yaxınlıq etməmiş Mudit, cinsi zəifliyinin olduğunu ortaya çıxarır. İndi bu izdivac böyük təhlükə altındadır. Mudit iki gün ərzində tam sağalmaq üçün ən ağılasığmaz müalicə vasitələrinə belə əl atmaqdan çəkinməyəcək...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar