Bhumi Pednekar

Bhumi Pednekar

Aktrisa

BİOQRAFİYA

Bhumi Pednekar – hindistanlı aktrisadır. 18 iyul 1989-ci ildə Mumbayda anadan olub. Aktrisa fəaliyyətinə başlamazdan əvvəl kastinq üzrə rejissorun köməkçisi vəzifəsində özünü sınayıb. Daha sonra quruluşçu rejissorun köməkçisi olub. Kinoda aktrisa kimi debütünü 2015-ci ildə həyata keçirib; “Dum Laga Ke Haisha” romantik komediyasında baş qadın rolunu oynayıb. Həmin rol olan “ən yaxşı debütor aktrisa” nominasiyasında Filmfare Award mükafatını qazandırıb. Filmdə canlandırdığı personaja maksimum uyğunlaşmaq üçün 12 kiloqram kökəlməli olub. Çəkilişlərdən sonra bir neçə gün ərzində yenidən arıqlayıb və belə qısa müddətə buna necə nail olduğuna dair sosial şəbəkədə izləyicilərinə tövsiyələr verib. Elə həmin il Y-Films mini serialında görüntülənib. Dörd hissədən ibarət serial gender bərabərsizliyi mövzusundadır. Serialın premyerası sentyabrın 29-da YouTube videohostinq platformasında baş tutub. Seriala Bhumi ilə yanaşı Pariniti Çopra, Kalki Kehlin və Riça Çadda kimi aktrisalar çəkilib. Bhumi Dum Laga Ke Haisha adlı debüt filmində görə nə az nə çox yeddi mükafat qazanıb. 2017-ci ildə məşhur teleaparıcı Ayuşman Khurrana ilə “Ruhlandırıcı Sevgi” romantik komediyasında çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ok.ru/vmireindiy/topic/66973933128578

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç