Cimmi Şerqill
Aktyor
Cimmi Şerqill 3 dekabr 1970-ci ildə Pəncab ştatının (Hindistan) Patiala şəhərində sikh ailəsində anadan olub. Nabhe şəhərində Penca İctimai Məktəbində ibtidai təhsil alıb. Daha sonra Government Bikram College of Commerce kollecini bitirib. Aktyor karyerasına “Maachis” filmində qədəm qoyub. Dramın süjeti Hindistanın şimalında baş vermiş terror hadisələrinə əsaslanır. Ekran əsəri kinotənqidçilərin etimadını qazanıb və kifayət qədər kassa gəliri gətirib. Həmin vaxtdan bəri Cimmi Şerqill çoxsaylı kino və televiziya layihələrində iştirak edib. Habelə onların heç də hər biri əlamətdar olmayıb. Son işlərindən biri “Mənim adım Xandır” filmi olub, həmin filmdə Şahrux Xan və Kacol kimi Bollivud ulduzları ilə çəkiliş meydançasını bölüşüb (Şahruh Xanın personajının kiçik qardaşını oynayıb). Şerqilin iştirakı ilə çəkilmiş digər əlamətdar filmlərə “Munna Bhai M.B.B.S.”, “Lage Raho Munna Bhai”, “Delhii Heights” və “A Wednesday!” filmlərini misal gətirmək olar. 2017-ci ildə Ayuşman Khurrananın baş rola çəkildiyi “Ruhlandırıcı sevgi” romantik komediyasında rol alıb. Şerqill aktrisa Pryanka Puri ilə evlidir. Onların Vir adlı oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D1%80%D0%B3%D0%B8%D0%BB,_%D0%94%D0%B6%D0%B8%D0%BC%D0%BC%D0%B8